Haqqimizda Tikinti Qalereya Elaqeler Техника Russian Version Azeri Version English Version SAytin xeritesi Ana sehife
 

XX əsrin sonunda memarlıqda inqilab əhval-ruhiyyəsi zamanla səsləşən inşaat materiallarının axtarışına gətirib çıxardı.Insan şüşədən və metaldan şəffaf binalar yaratmaq , xüsusilə şəffaf işıq konstruksiyalarından istifadə etməklə fasadın və tavanın şüşələnməsi fikrinə düşdü.Kim düşünə bilərdi ki, yumşaq aluminium müasir inşaat bazarında yüksək tələbata malik olacaq.

Aluminium öz fiziki-kimyəvi xüsusiyyətlərinə görə inşaatda uğurla istifadə olunur.Aluminium qatışıqlarının əksəriyyəti yüksək korroziyaya davamiyyəti ilə seçilir, bu material istənilən iqlim şəraitində normal işləyir və temperatur düşüklüyündə öz struktur xüsusiyyətlərini yaxşı saxlayır. O, həm də ekoloji cəhətdən təhlükəsizdir: maqnitləşmir və ultrabənövşəyi şüaların təsiri altında heç bir zərərli maddə buraxmır. Qığılcım yaratmaması onun partlayışa təhlükəli yerlərdə istismarını daha da etibarlı edir.

İmas şirkətlər qrupu artıq neçə ildir ki , inşaat materiallları bazarında öz fəaliyyətini uğurla həyata keçirir , Azərbaycanda və Rusiyada iri obyektlərin inşasında iştirak edir. ətraflı...

Elman Maqsud oğlu Axundov 1963-cü ildə Gəncədə anadan olub. 1983-cü ildə Azərbaycan Neft-Kimya İnstitutunun İstehsal Proseslərinin Avtomatlaşdırılması fakültəsini bitirib. Kosmik Tədqiqatlar EİB-də çalışmış, Moskvada SSRİ EA Kibernetika problemləri İnstitutunun aspiranturasını bitirmişdir. Ailəlidir, iki övladı var. ətraflı...