Elman Maqsud oğlu Axundov 1963-cü ildə Gəncədə anadan olub. 1983-cü ildə Azərbaycan Neft-Kimya İnstitutunun İstehsal Proseslərinin Avtomatlaşdırılması fakültəsini bitirib. Kosmik Tədqiqatlar EİB-də çalışmış, Moskvada SSRİ EA Kibernetika problemləri İnstitutunun aspiranturasını bitirmişdir. Ailəlidir, iki övladı var.
Cənab Axundov İMAS şirkətinin yaradıcısı və İMAS Şirkətlər Qrupunun Direktorlar Şurasının
sədridir.
IMAS şirkəti Cuhadaroğlu şirkətinin Azərbaycanda eksklüziv distribütorudur. Şirkətin fəaliyyəti
polad, şüşə, alüminium kimi tikinti materiallarının istehsalını, satışını və quraşdırılmasını
əhatə edir. Şirkətdə istifadə olunan avadanlıqlar Elumatec, Lisec və digər aparıcı Avropa
istehsalçılarının məhsullarıdır.
Azərbaycan və Rusiyanın elit tikinti bazarının alüminium-şüşə fasad konstruksiyaları
sektorunda şirkət 11 illik iş təcrübəsinə malikdir.
IMAS şirkətinin aktivində Bakıda Azərbaycan Milli Məclisinin rekonstruksiyasında iştirak,
atçılıq klubunun, Beynəlxalq Bankın, Orient Palace, Mc Donald’s, Murat Sanar Plaza, Azersun
Holding-in Baş Ofisinin, Peugeot və Mitsubishi avtosalonlarının tikintisi kimi layihələr yer
almaqdadır. Moskvada İMAS şirkəti “Krokus Ekspo”, “Krokus Stok”, “İstra” FMT, Canqar
süni gölu ətrafında “Avrora” restoran-kazinosu, Canbepel, J.Lo, Le Silla, Fornarina butikləri
və digər obyektlərin tikintisində iştirak etmişdir. Hazırda İMAS Bakıda yeni avtovağzalın
tikintisində, GTT-nın və Daxili İşlər Nazirliyinin əsas binasının rekonstruksiyasında iştirak
edir.
IMAS şirkəti dünyanın Siegenia, Savio, Giesse, Metra, Velux, Mitsubishi Chemical kimi
tanınmış şirkətləri ilə əməkdaşlıq edir.
Ukrayna, Türkiyə və Çin bazarlarına daxil olmaq şirkətin planları sırasında yer almaqdadır.
Axundov Elman
Baş direktor
|