Haqqimizda Tikinti Qalereya Elaqeler Òåõíèêà Russian Version Azeri Version English Version SAytin xeritesi Ana sehife
 
XX əsrin sonunda memarlıqda inqilab əhval-ruhiyyəsi zamanla səsləşən inşaat materiallarının axtarışına gətirib çıxardı.Insan şüşədən və metaldan şəffaf binalar yaratmaq , xüsusilə şəffaf işıq konstruksiyalarından istifadə etməklə fasadın və tavanın şüşələnməsi fikrinə düşdü.Kim düşünə bilərdi ki, yumşaq aluminium müasir inşaat bazarında yüksək tələbata malik olacaq.

Aluminium öz fiziki-kimyəvi xüsusiyyətlərinə görə inşaatda uğurla istifadə olunur.Aluminium qatışıqlarının əksəriyyəti yüksək korroziyaya davamiyyəti ilə seçilir, bu material istənilən iqlim şəraitində normal işləyir və temperatur düşüklüyündə öz struktur xüsusiyyətlərini yaxşı saxlayır. O, həm də ekoloji cəhətdən təhlükəsizdir: maqnitləşmir və ultrabənövşəyi şüaların təsiri altında heç bir zərərli maddə buraxmır. Qığılcım yaratmaması onun partlayışa təhlükəli yerlərdə istismarını daha da etibarlı edir.

İmas şirkətlər qrupu artıq neçə ildir ki , inşaat materiallları bazarında öz fəaliyyətini uğurla həyata keçirir , Azərbaycanda və Rusiyada iri obyektlərin inşasında iştirak edir.

Bizim ilk şirkətimiz 1995 ci ilin noyabrında yaranıb və ötən il biz 10 illik yubileyimizi qeyd etdik.Bu müddət ərzində çox şey dəyişib: obyektlərin tutulması ,həm şirkətin öz strukturu, həm strateji istiqamətləri. Buna baxmayaraq İMAS Company-nin ixtisaslaşması aluminium və şüşə konstruksiyası kimi inşaat materiallarının bazarı olmaqda qalmaqdadır.İMAS Company Türkiyənin ən iri aluminium korporasiyası olan Cuhadaroglu-nun rəsmi nümayəndəsidir. Fəaliyyətinin başlanğıcında şirkətin əsas vəzifəsi inşaat bazarına bizim məhsulları tanıtmaq idi, hansı ki başlanğıcda çətin qəbul edilirdi: bizə aparıcı rol plastik məhsullara mənsub olan inşaat materialları bazarına daxil olmaq çox çətin idi. Buna görə də başlanğıcda biz ziyanla işləyirdik, bir tək ona görə ki, bazar bizim aluminium konstruksiyamızla tanış olsun. Buna baxmayaraq ,məhz bu dövrdə biz Bakının bir çox iri inşaatlarında iştirak edirdik. Onların arasında – Gənclik metrostansiyasının yaxınlığında Hacı İbrahim Plaza hansının ki, inşasında ən müasir texnalogiyalardan istifadə olunub – bunlar belçika aluminium sistemləri , amerikan (xarici), fransız (daxili) şüşələri. Bu konstruksiyalar hər şeydən əvvəl onunla seçilir ki, onlar isti və soyuğu keçirmir, ümumiyyətlə heç bir atmosfer təsirinə təslim olmur, hansı ki, bu da bütün binanın iqlim sisteminin əlverişli istifadəsinə gətirib çıxarır .

1998 ci ildə biz Azersun Holding şirkəti ilə işləyirdik, azacıq sonra isə İMAS Company Azərbaycan Beynəlxalq Bankının inşasında iştirak etməyə başladı . Bununla yanaşı bizim şirkət McDonald‘s , Orient Palace , “Sanar Plaza”, Azərbaycan Atçılıq Klubu kimi iri proyektlərin reallaşmasında iştirak edib. Keçmiş İttifaqın şəhərlərindən fərqli olaraq bizim şəhərin özünə məxsus xüsusiyyəti ondan ibarətdir ki , Bakıda həmişə güclü külək əsir , o “Küləklər şəhəridir”. Bundan əlavə biz yüksək ultrabənövşəyi şüalanma zonasında yaşayırıq.Aluminiumdan olan konstruksiyalar isə ekoloji təmizlik , ultrabənövşəyi şüalara və atmosfer təsirlərinə davamlılığı həmçinin korroziyaya davamlılığı ilə seçilir.İndi bütün inşaatçılar aluminium sistemlərinin istifadəsinin vacibliyini dərk edirlər və bizim qarşımızda başqa vəzifə durur – bizi 10-15 il qabaqlayacaq binalarin tikilişi. Axı hər zaman yeni inşaat qərarları , tendensiyaları və texnologiyaları meydana çıxır. Hələlik Azərbaycanda binaların aluminium sistemləri ilə təchizatına yetərincə diqqət vermirlər, buna baxmayaraq inşasında aluminium konstruksiyalarından istifadə edilmiş obyektlər də az deyil.

Biz Moskvada 1996 –cı ildən işləsək də İMAS şirkətlər qrupu rusiya bazarına 2003-cü ildə daxil oldu . 2000-ci ildən hazırlıq gedirdi : biz uzun müddət rusiya bazarını öyrənirdik, aluminium konstruksiyalarının moskva icraçılarının zəif tərəflərini axtarırdıq. 2002 –ci ildə biz “Krokus” şirkətlər qrupuna böyük təkliflər etmişdik, hansının ki, müdiriyyəti Cuhadaroglu korporasiyasından zəmanət alaraq , təklifimizi qəbul etdi. Bundan sonra biz “ Krokus Ekspo” nümayiş kompleksi , “Cəngər Plud” və.s kimi böyük proyektlərin reallaşmasında iştirak etmişik.

Onu da qeyd etmək istəyirəm ki, bizim ana təşkilatımız Cuhadaroglu Soçi və Podmoskovye ərazisində bir çox Qazsənaye obyektlərinin inşasında iştirak edib. Onda mən hələ rusiya bazarı ilə tanış olurdum və Bakıda işləyirdim. 2000-ci ildən mənə diopozonu genişləndirməyə və rusiya bazarına çıxmağa icazə verdilər. Bu uzun illər işləməyin nəticəsi o oldu ki, biz , ” Krokus “ şirkətlər qrupu müdiriyyətinin sayəsində başlanğıcdan böyük obyektlərdən başladıq .

Əlbətdə, Moskvada şirkət digər böyük təşkilatlarla da çalışır. Bizə hətta İMAS Company-nin təklif göndərmədiyi şirkətlərdən də sifarişlər gəlir. Bununla belə biz öz ana şirkətimiz kimi , tez yox , stabil yüksəlişin tərəfdarıyıq. Cuhadaroglu təşkilatının 50 yaşı var. Bu Türkiyədə yeganə təşkilatdır ki, Avropada- Parisdə , Düsseldorfda , Frankfurtda aluminium konstruksiyaları hazırlayır. Korporasiya İzrailin ən böyük aeroportunun , Parisdə isə mərkəzi biznes-mərkəzinin təchizatında iştirak edib. Cuhadaroglu korporasiyası müqayisəolunmaz aşağı qiymətlərlə Avropa keyfiyyəti təklif edir, baxmayaraq ki, Cuhadaroğlu aluminium konstruksiyaları keyfiyyətinə görə bir çox avropa sistemlərini qabaqlayır.

İMAS Company , Rusiyada və Azərbaycanda Cuhadaroglu-nun rəsmi nümayəndəsi kimi analoji qiymət siyasətinə sadiqdir, hansı ki bunun da sayəsində biz Moskvada böyük uğurlara nail olmuşuq.

Təşkilatın əsas planlarına Rusiyada istehsalın genişləndirilməsi daxildir. Qeyd etmək istəyirəm ki, biz Rusiyada Bakıda hələ tətbiq olunmayan texnologiyalardan istifadə edirik, buna görə də biz Azərbaycanda öz texnoloji bazamızı genişləndirməyə hazırlaşırıq. Yeni texnologiyalar şüşə və metalların emalı ilə və tamamlama bazasının istehsalı ilə baglıdır, hansını ki hissə-hissə gələcəkdə Azərbaycanda da istehsal etmək olacaq. Bizim çin , amerika və digər bazarlara daxil olmaq üçün tədqiqatlarımız mövcuddur, hansı ki , bu bazarlardan artıq bizə təkliflər gəlib. Beləliklə, İMAS Company-nin planlarına nəinki istehsal gücünün artırılması , həm də fəaliyyət dairəmizin genişləndirilməsi daxildir.

Bizim şirkət Milli Məclis,Azərbaycan Beynəlxalq Bankı, Orient Palace, Azərbaycan Atçılıq Klubu, Azərsun Holding, Mc Donalds, J.Lo kimi böyük proyektlərin reallaşmasında iştirak edib. Hal – hazırda İMAS yeni Bakı avtovağzalının inşasında və GTT – nın və DİN – nin Bakıdakı əsas binasının yenidən qurulmasında iştirak edir.

Həmçinin biz Moskvada böyük nümayiş kompleksi “Krokus Stok”, Fornarina, J.Lo, Canbipel, və s. kimi böyük proyektlərin reallaşmasında iştirak etmişik. Biz Velux, Metra, Giesse, Mitsubishi Chemical, Siegenia, Savio və s kimi tanınmış şirkətlərlə əməkdaşlıq edirik.

Elman Axundov
İMAS şirkətlər qrupunun baş direktoru.